Mürşüd Mehdi Azərbaycanlı yazıçıdır.
17 mart 1990-cı il Azərbaycanda Bakı şəhərində anadan olmuşdur.
ADA Universiteti və Maastricht School of Business məzunudur.
Logistika, iqtisadiyyat və idarəetmə sahələri üzrə ali təhsil alıb.
Peşəkar fəaliyyətini iqtisadiyyat, logistika, təchizat zəncirinin idarə olunması
və beynəlxalq biznes istiqamətlərində davam etdirir.
Paralel olaraq bədii yaradıcılıqla məşğul olur və psixoloji triller, detektiv janrında yazdığı əsərlərlə tanınır.
Onun kitabları qısa müddətdə geniş oxucu auditoriyası qazanaraq Azərbaycanda bestsellerlər sırasına daxil olub.
Əsərlərində insan psixologiyası, ailə münasibətləri, travmalar, gizli keçmiş, manipulyasiya, yalan, günah hissi və insan davranışlarının görünməyən tərəflərini müzakirə edir. Cinayət yalnız hadisə deyil, insanın daxili dünyasına aparan bir vasitədir.
Oxucunu son səhifəyə qədər düşündürən və təəccübləndirən süjetlər qurmağa üstünlük verir.
Onu insanların görünməyən tərəfləri ilhamlandırır.
Gündəlik həyatda rast gəldiyimiz adi insanlar, təsadüfi söhbətlər, xəbərlər və “əgər…” sualı ilə başlayan fikirlər yeni hekayələrin əsasını təşkil edir.
Yazıçı üçün yaxşı triller oxucunun həm hadisələri izlədiyi,
həm də öz qərarlarını sorğuladığı əsərdir.
Kitablar